Ölkə rəhbərliyi tərəfindən COVİD-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində İnstitut tərəfindən qısa müddət ərzində tibbi ləvazimatlara dair beynəlxalq, Avropa və ASTM standartlarının ölkə ərazisində tətbiqi məqsədilə lazımi tədbirlər görüləcəkdir.
Bu şəraitdə zəruri olan tibbi ləvazimatların (maskalar, respiratorlar, eynəklər, əlcəklər, dezinfeksiya məhlulları, qoruyucu geyimlər) buraxılması üçün müasir tələblərə cavab verən müəssisə və istehsalatların yaradılması böyük əhəmiyyət kəsb edir.
İstifadə olunan tibbi ləvazimatların keyfiyyətinin yəni onların standartların tələblərinə uyğun olmasının hazırkı dövr üçün əsas faktor olduğunu nəzərə alaraq, ölkə ərazisində istehsal və idxal edilən tibbi ləvazimatlara dair beynəlxalq, Avropa və ASTM standartlarının ölkə ərazisində tətbiq edilməlidir. Qeyd olunan sahədə ölkə siyasətinin həyata keçirilməsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən tə min edilir. Belə ki, qeyd olunan vəziyyətlə bağlı İnstitut tərəfində müvafiq Əmr imzalanmışdır və ona əsasən qısa müddət ərzində beynəlxalq, Avropa və ASTM standartlarının ölkə ərazisində tətbiqi məqsədilə lazımi tədbirlər görüləcək, həmin standartların dilimizə tərcümə olunması həyata keçiriləcək, onların Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilməsi və Reyestrdə qeydiyyata alınması təmin ediləcəkdir. Tibbi ləvazimatlara dair qeyd olunan beynəlxalq, Avropa və ASTM standartlarının siyahısına buradan baxa bilərsiniz.