ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Dövlət Standartlaşdırma Sisteminin əsasını təşkil edən əsasverici standartların “Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə Texniki Komitədə (AZSTAND/TK 37) müzakirəsi aparılıb.
28 Fevral, 2022

28.02.2022-ci il tarixində “Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə Texniki Komitənin (AZSTAND/TK 37) növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sisteminin əsasını təşkil edən AZS 1.0:2022 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Əsas müddəalar” və  AZS 1.2:2022 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Azərbaycan Respublikasının dövlət standartlarının işlənmə qaydaları” dövlət standartlarının layihələri müzakirə olunmuş və konsensus əsasında qəbul edilərək təsdiq üçün Milli Standartlaşdırma Qurumuna təqdim edilməsi qərarı alınmışdır. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sisteminin əsasını təşkil edən dövlət standartları 1996-cı ildə təsdiq edilmişdir və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanunundan irəli gələrək onların yeni redaksiyaları hazırlanmışdır. 

Tarix:

28 Fevral, 2022