ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Dövlətlərarası Şuranın (МГС) 63-cü iclasında iştirak edilib
4 İyul, 2023

Azərbaycan Standartlaşdırma və Azərbaycan Metrologiya İnstitutlarının nümayəndə heyətləri 27-28 iyun tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) 63-cü iclasında iştirak edib.
İclasda MDB ölkələrinin standartlaşdırma, metrologiya və akkreditasiya üzrə milli orqanlarının rəhbərləri, MDB-nin İcraiyyə Komitəsinin,  Dövlətlərarası Şuranın və İƏT-nin İslam Ölkələrinin Standartlaşdırma və metrologiya İnstitutunun (SMİİC)  nümayəndələri, həmçinin digər rəsmilər iştirak edib.
Tədbirdə MDB-yə üzv olan dövlətlərin milli orqanlarında aparılan işlər, elmi-texniki komissiyaların qərarlarının icrasının həyata keçirilməsi, standartlaşdırma üzrə dövlətlərarası proqram, dövlətlərarası sənədlərin siyahısı, informasiya təminatı və rəqəmsal transformasiya, eləcə də dövlətlərarası standartlaşdırma sahəsi üzrə prioritet istiqamətlərin müəyyən edilməsi, təşkilati və digər məsələlər müzakirə olunub. İclasın sonunda protokol imzalanıb
Eyni zamanda, tədbir çərçivəsində AZSTAND-ın nümayəndələri Rusiyanın, Özbəkistanın və Qazaxıstanın standartlaşdırma üzrə milli qurumları ilə ikitərəfli görüşlər keçirib və qurumlar arasında əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparıb.
 

Tarix:

4 İyul, 2023