ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Dövlətlərarası Texniki Komitələrin Əlaqələndirilməsi üzrə İşçi Qrupun və Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyanın iclasında iştirak edilib
14 Noyabr, 2025

     Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND)  nümayəndələri Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura çərçivəsində (МГС) Dövlətlərarası Texniki Komitələrin Əlaqələndirilməsi üzrə İşçi Qrupunun (РГ МТК) 16-cı, o cümlədən Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyanın (НТКС) 70-ci müşavirələrində iştirak ediblər.

Onlayn formatda təşkil olunan iclaslara Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Tacikistan və digər ölkələrin milli standartlaşdırma orqanlarının, habelə Standartlaşdırma Bürosunun nümayəndələri qatılıblar.

Dövlətlərarası Texniki Komitələrin Əlaqələndirilməsi üzrə İşçi Qrupunun (РГ МТК) 16-cı iclasında “Ultra yüksək tezlikli və güc elektronikası”, “Siqnalizasiya və cinayətkarlığa qarşı mübarizə sistemləri” adlı yeni Dövlətlərarası Texniki Komitələrin (MTK) yaradılması, MTK reyestrinin aktuallaşdırılması, mövcud MTK katibliyinin dəyişdirilməsi və digər məsələlər müzakirə edilib.

Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyanın 70-ci müşavirəsində МГС-2030 İnkişaf Strategiyasının icra vəziyyəti, 2026-2027-ci illər üçün Dövlətlərarası Standartlaşdırma Proqramı (ПМС) və ən yaxşı standartlaşdırma üzrə texniki komitələrin mükafatlandırılması ətrafında fikir mübadiləsi aparılıb.

Tarix:

14 Noyabr, 2025