ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"Ecomedi" QSC-yə “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəetmə sistemləri. Tələblər” standartı əsasında uyğunluq sertifikatı təqdim olunub.
28 Dekabr, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 15 dekabr 2023-cü il tarixində dezinfeksiya xidmətləri təqdim edən qabaqcıl şirkətlərdən biri "Ecomedi" QSC-də AZS ISO 22301:2023 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəetmə sistemləri. Tələblər” standartı üzrə AZSTAND-ın ekspert-auditorları tərəfindən 2 mərhələli auditi keçirilib və Cəmiyyətə müvafiq uyğunluq sertifikatı təqdim edilib.

Sözügedən Sertifikat "Ecomedi" QSC-də dayanmalar (pozulmaları) zamanı şirkətin fəaliyyətinin fasiləsiz davam etməsi, baş verəcək risklər nəzərə alınmaqla müəssisənin işini az zərərlə bərpa etməsinin mümkünlüyünü təsdiq edir.
 

Tarix:

28 Dekabr, 2023