ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ekologiya sahəsi üzrə yeni dövlət standartı qəbul edilib
15 Fevral, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 7027-1:2023 “Suyun keyfiyyəti -  Bulanıqlığın müəyyən edilməsi - Hissə 1: Kəmiyyət metodları” dövlət standartı qəbul edilib.

Dövlət standartı çox bulanıq sulara (məsələn, tullantı suları, yaxud digər bulanıq sular), radiasiya axının azalmasının ölçülməsi üçün istifadə olunan turbidimetrlərdən və az bulanıq sulara (məsələn, içməli sulara) tətbiq olunan, diffuz radiasiyanın ölçülməsi üçün istifadə olunan nefelometrlərdən istifadə edən iki kəmiyyət metodunu təsvir edir.

Yeni standart "Ekologiya” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 09) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

Tarix:

15 Fevral, 2023