ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ekologiya sahəsi üzrə yeni dövlət standartı qəbul edilib
17 Noyabr, 2022

Azərbaycan Standartlaşdırma İnstitut tərəfindən AZS ISO 7888:2022 “Su keyfiyyəti - Elektrik keçiriciliyinin təyini” yeni dövlət standartı qəbul edilib.

Standart layihəsi “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK-09) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.

Bu dövlət standartının qəbul edilməsində əsas məqsəd əhalinin saf və təmiz su ilə təmin olunması, eləcə də istifadə olunan texniki suların ətraf mühitə zərər vermə qabiliyyətini minimuma endirməklə istifadəsini təmin edir.

 

Tarix:

17 Noyabr, 2022