ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Ekologiya” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 09) növbəti iclası keçirilib.
30 Aprel, 2024

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 09) növbəti iclası 19 aprel 2024-cü il tarixində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) inzibati binasında  keçirilib.

İclasda ETSN-in, ETSN-in AzeLab MMC-nin, ETSN-in “Geodeziya və Kartoqrafiya” MMC-nin, ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, ETSN-nin Geoloji Kəşfiyyat Agentliyinin, “SOCAR” AQS-nin, “Azərsu” ASC-nin, “ECOHUB” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin, ETSN-in Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və s. nümayəndələri iştirak ediblər.

İclasda zamanı sözügedən Texniki Komitə tərəfindən Almaniyanın Metrologiya İnstitutu (PTB) tərəfindən maliyyələşdirilən “Keyfiyyət infrastrukturu üçün yaşıl transformasiya” (“Quality Infrastructure for Green Transformation” - QI4GT) adlı layihə çərçivəsində istixana qazları emissiyalarının validasiyası və verifikasiyası üzrə işlənib hazırlanmış AZS ISO 14064-3:2024 “İstixana effekti yaradan qazlar–3-cü hissə: İstixana effekti yaradan qazlar haqqında bəyənatların verifikasiya və validasiyası üzrə texniki xüsusiyyətlər və rəhbəredici göstərişlər”,  AZS ISO 14064-2:2024 “İstixana effekti yaradan qazlar–2-ci hissə: İstixana effekti yaradan qazların emissiyasının azaldılması və təmizlənməsinin artırılmasının miqdar analizi, monitorinqi və hesabatı üçün layihə səviyyəsində texniki xüsusiyyətlər və təlimat”, AZS ISO 14066:2024  “Ətraf mühitlə bağlı məlumatlar – Ətraf mühitlə bağlı məlumatların validasiya və verifikasiya komandalarının səriştələriyinə dair tələblər”, AZS ISO 14064-1:2024 “İstixana effekti yaradan qazlar – 1-ci hissə: İstixana effekti yaradan qazların emissiyalarının və təmizlənməsinin miqdar analizi və hesabat edilməsi üçün təşkilat səviyyəsində texniki xüsusiyyətlər və təlimat” və AZS ISO 14065:2024 “Ətraf mühitlə bağlı məlumatları validasiya və verifikasiya edən orqanlar üçün ümumi prinsiplər və tələblər” dövlət standartlarının layihələri müzakirə olunub.

Yekunda sözügedən standartların təsdiq olunması məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-yə təqdim olunması barədə qərar qəbul edilib.

 

Tarix:

30 Aprel, 2024