İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 09) növbəti iclası keçirilib.
İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), ETSN-nin tabeliyində AzeLab MMC, ETSN-nin “Geodeziya və Kartoqrafiya” Agentliyi, ETSN-in yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyi, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
İclasda sahə üzrə müvafiq dövlət standartlarının dövrü yoxlaması müzakirəyə çıxarılıb, həmçinin, AZS EN 17943:2023 “Suyun keyfiyyəti — Uçucu üzvi birləşmələrin suda təyini — Qaz xromatoqrafiyası-kütləvi spektrometriyası (GC-MS) ilə izlənən baş boşluğun bərk fazalı mikro ekstraksiyasından (HS-SPME) istifadə etmə üsulu", AZS ISO 7887:2023 “Suyun keyfiyyəti - Rəngin tədqiqatı və müəyyən edilməsi", AZS ГОСТ 33571:2023 “Resursa qənaət. Qablaşdırma. Qablaşdırma və qablaşdırma tullantıları sahəsində Avropa standartlarının tətbiqinə dair tələblər", AZS İSO 10870:2023 “Suyun keyfiyyəti — Nümunəgötürmə metodlarının seçilməsi barədə göstərişlər və içməli sudakı bentik makro onurğasızlar üçün cihazlar", AZS ГОСТ 33524:2023 “Resursa qənaət. Qablaşdırma. İstifadə edilmiş qablaşdırmanın ikinci material resursları qismində təkrar emalı üçün tələblər", AZS ГОСТ 33521:2023 “Resursa qənaət. Qablaşdırma. Termin və təriflər", AZS ISO 15270:2023 “Plastiklər - Plastik tullantıların bərpası və təkrar emalı üçün təlimatlar" və AZS ГОСТ Р 51606:2023 “Rəqəmsal Topoqrafik Xəritələr. Rəqəmsal xəritə məlumatlarının təsnifatlaşdırma və kodlaşdırma sistemi" standart layihələri müzakirə olunub və rəy və təkliflərin bildirilməsi üçün müvafiq qurumlara göndərilməsi barədə qərar qəbul edilib.