ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Ekologiya” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
12 Sentyabr, 2025

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 09) növbəti iclası keçirilib.

İclasda AZSTAND-la yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Geoloji Kəşfiyyat Agentliyi, “AzeLab” MMC və digər qurumların nümayəndələri iştirak ediblər.

İclas zamanı sözügedən Texniki Komitə tərəfindən  AZS ISO 14015:2025 "Ətraf mühitin idarə edilməsi - Ətraf mühitin kompleks yoxlanılmasının qiymətləndirilməsi üzrə təlimatlar", AZS ГОСТ 32457:2025 “Ftal anhidridi. Qaz xromatoqrafiya-mass spektrometriya ilə hava mühitində miqdarının təyini” və AZS ГОСТ 33450:2025 “Qablaşdırma - Hava mühitində dimetiltereftalatın miqdarının qaz xromatoqrafiyası metodu ilə təyini” dövlət standartlarının layihələri  müzakirə olunub və təsdiq olunması məqsədilə AZSTAND-a təqdim olunması barədə qərar qəbul edilib.

Bundan əlavə, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) texniki komitələri haqqında məlumatlar təqdim edilib, o cümlədən AZSTAND/TK 09 üzvlərinin tətbiq sahəsinə uyğun beynəlxalq texniki komitələrdə iştirakının genişləndirilməsi məsələlərinə nəzər salınıb.

 

 

Tarix:

12 Sentyabr, 2025