ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ekologiya üzrə yeni dövlət standartları qəbul edilib
9 Dekabr, 2022

Ekologiya sahəsində qüvvədə olan dövlət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə AZS İSO 5664:2022 “Suyun keyfiyyəti — Ammoniumun müəyyən edilməsi - Distillə və titrləmə üsulu”, AZS İSO 10523:2022 "Suyun keyfiyyəti - pH-ın təyin edilməsi", AZS ISO 6878:2022 “Suyun keyfiyyəti — Fosforun müəyyən edilməsi - Ammonium molibdat spektrometrik üsulu” yeni dövlət standartları qəbul edilib.

Standart layihələri "Ekologiya" üzrə Texniki Komitə (AZSTAND/TK-09) tərəfindən hazırlanıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standart əhalinin təmiz su ilə təmin olunması, içməli suyun keyfiyyətinin müasir standartlara uyğunluğu, eləcə də istifadə olunan texniki suların ətraf mühitə zərərinin minimuma endirilməsinə töhvə verəcək.   

 

Tarix:

9 Dekabr, 2022