ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Ekoloji təmiz kənd təsərrüfatı məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND TK/31) iclası keçirilmişdir.
3 Dekabr, 2021

“Ekoloji təmiz kənd təsərrüfatı məhsulları"nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND TK/31) 30 noyabr 2021-ci il tarixində növbəti iclası keçirilmişdir.

Texniki Komitədə əhalini ekoloji təmiz, keyfiyyətli və təhlükəsiz kənd təsərrüfatı və qida məhsulları ilə etibarlı təmin edilməsi, habelə torpaqdan süfrəyə qədər olan zəncir boyu risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üçün idarəetmənin yeni, sərtləşdirilmiş tələblərini ehtiva edən “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, markalanması və satışı” standart layihəsinin müzakirəsi aparılmışdır.

Standart layihəsinin müzakirəsində Azərbaycan Standartlaşdırma İnstitutu, Gəncə Aqrobiznes Assosiasiyası, Azərbayca Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Azərbayca Milli Elmlər Akademiyasının Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi, “Aqribioeko” MMC, Asea Ko” MMC, “Jaliar” MMC, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Avropa Birliyinin Azərbaycanda Kənd Yerləri və Regionların İnkişafına Dəstək layihəsinin koordinatoru, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Regionların davamlı inkişaf problemləri şöbəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi iştirak etmişdirlər.

Tarix:

3 Dekabr, 2021