ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Ekoloji təmiz kənd təsərrüfatı məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilmişdir.
22 Sentyabr, 2021

“Ekoloji təmiz kənd təsərrüfatı məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirildi.

Dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrindən təşkil olunmuş Texniki Komitənin məqsədi ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsulları üzrə standartları işləyib hazırlamaqla onların istehsalının təşviq mexanizmini hazırlamaq, daxili və xüsusilə xarici bazarlara çıxışını təmin etməkdən ibarətdir.

İclasda "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxs tərəfindən işlənib hazırlanmış "Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, markalanması və satışı. Rəhbəredici tələblər” standart layihəsinin və Texniki Komitənin fəaliyyət planının müzakirəsi aparılmışdır.

TK-nin sədri a.e.f.d. Vüqar Babayev tezliklə Azərbaycanda ekoloji təmiz məhsulların milli standartlarının təsdiq ediləcəyi haqqında məlumat verdi.

 

Tarix:

22 Sentyabr, 2021