ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Əlaqələrin genişləndirilməsinə dair Memorandum
13 Fevral, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Azərbaycan Bank Tədris Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənədi AZSTAND-ın Baş direktoru İlham Bayramov və mərkəzin rəhbəri Əzizağa Haxverdiyev imzalayıb.

Memorandum çərçivəsində tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, beynəlxalq standartlar əsasında müxtəlif mövzulara dair seminarlar və təlimlərin keçirilməsi, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində mövcud işlərin, fəaliyyətlərin təşkili və təkmilləşdirilməsi nəzərdə tutulub.

 

Tarix:

13 Fevral, 2023