ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"Elektroenergetika ve bərpa olunan enerji" standartlaşdırma üzrə Texniki Komitənin iclası keçirilib.
12 Mart, 2025

   Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən "Elektroenergetika ve bərpa olunan enerji" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 46) növbəti iclası keçirilib.
İclas zamanı “AZS EN 12102:2025 “Kondisionerlər, mayeli soyutma sistemləri, istilik nasosları, texnoloji soyuducular və elektriklə işləyən kompressorlu quruducular - Səs gücü səviyyəsinin təyini - 1-ci hissə: Kondisionerlər, mayeli soyutma sistemləri, yerləşgənin isidilməsi və soyudulması üçün istilik nasosları, quruducular və texnoloji soyuducular”, “AZS EN 12900:2025 “Soyuducu kompressorlar - Qiymətləndirmə şərtləri, kənarlaşma hədləri və istehsalçının effektivlik məlumatlarının təqdimatı”, “AZS EN 14511-3:2025 - Yerləşgələrin isidilməsi və soyudulması üçün kondisionerlər, maye soyutma sistemləri və istilik nasosları və elektriklə işləyən kompressorlu texnoloji soyuducular - 3-cü hissə: Sınaq üsulları” və “AZS IEC 62552-1:2025 - Məişət soyuducu avadanlıqları - Xüsusiyyətlər və sınaq üsulları - Hissə 1: Ümumi tələblər” dövlət standartlarının layihələri müzakirə olunub.
Bundan əlavə, yeni dövlət standart layihələrinin qəbul edilməsinin energetika sahəsində keyfiyyət tələblərinin artırılması ilə istehlakçı maraqlarının qorunması, enerji sahələrinin davamlı inkişafı və səmərəliliyinin yüksəldilməsinə verdiyi töhfələr vurğulanıb.
Həmçinin Texniki Komitə üzvlərinin standart layihələri ilə bağlı əlavə təklif və tövsiyələri dinlənilib.
Yekunda sözügedən dövlət standartlarının qəbulu məqsədilə AZSTAND-a təqdim olunması barədə qərar qəbul edilib.  

 

Tarix:

12 Mart, 2025