ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
22 Oktyabr, 2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 46) növbəti iclası keçirilib.

İclasda AZS ISO 50002 “Enerji auditləri - İstifadəyə dair təlimatla birlikdə tələblər”, AZS ISO 50006 “Enerji menecmenti sistemləri - Enerji performans göstəriciləri və cari enerji göstəricilərindən istifadə edərək enerji performansının qiymətləndirilməsi” və AZS ISO 50010 “Əməliyyatlarda sıfır enerji hədəfinə çatmaq üçün ISO 50001 enerji idarəetmə sistemini istifadə edərək enerji idarəetməsi  və enerji qənaəti - Rəhbərlik" dövlət standartı layihələri müzakirə olunub.

Həmçinin təqdim edilən standartların məzmunu, tətbiq mexanizmləri və enerji idarəetməsi sahəsində istifadəsinin üstünlükləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, beynəlxalq ISO standartlarının milli səviyyədə tətbiqi enerji auditlərinin keyfiyyətinin yüksəldilməsinə, müəssisələrdə enerji performansının dəqiq qiymətləndirilməsinə və enerji səmərəliliyi hədəflərinə nail olunmasına mühüm töhfə verəcəkdir.

Sonda sözügedən standart layihələrinin təkmilləşdirilməsi və təsdiqi üçün AZSTAND-a təqdim olunması qərara alınıb.

 

Tarix:

22 Oktyabr, 2025