ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Elektromaqnit uzlaşması üzrə yeni dövlət standartı qəbul edilib
24 Mart, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Elektromaqnit uzlaşması üzrə beynəlxalq tələblərə cavab verən AZS ETSI/EN 301 489-3:2023 “Radio avadanlıq və xidmətləri üçün elektromaqnit uzlaşması (EMU) standartı – 3 cü hissə: 9kHs və 246 QHs tezlik diapazonlarında işləyən qısa məsafəli cihazlar (SRD) üçün xüsusi şərtlər – 2014/53/EU Direktivlərinin 3.1(b) maddəsinin əsas tələblərini əhatə edən uyğunlaşdırılmış standart” dövlət standartı qəbul edilib.

Bu standart elektromaqnit uzlaşması baxımından qısa məsafəli cihazlar (SRD) və əlaqədar köməkçi avadanlıqlar üçün müvafiq sınaq şərtlərini, performans qiymətləndirməsini və performans meyarlarını müəyyən edir. Qeyd edək ki, "Qısa məsafəli cihaz" termini bir və ya iki istiqamətli rabitəni təmin edən və digər radio avadanlığa maneə təsiri etmək qabiliyyəti aşağı olan radio avadanlığı əhatə etmək üçün nəzərdə tutulub.

Standart layihəsinin müzakirəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, “AzInTelecom” MMC-nin, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İB-nin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, İdarəetmə Sistemləri İnstitutunun, “Ultra” şirkətinin və “BestComp Group” MMC-nin mütəxəssisləri iştirak edib.

Yeni standart “İnformasiya-kommunikasiya” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 05) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Tarix:

24 Mart, 2023