ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Əmək sahəsində” standartlaşdırılma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
25 Avqust, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Əmək sahəsində” standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) növbəti iclası keçirilib.

İclasda Azərbaycan Standartlaşdırma İnstitutu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası, Fövqəladə Hallar Nazirliyi,  “Vostok-Servis Bakı” QSC, “Facility Management Group” MMC və “Azərsun Holdinq” MMC -nin nümayəndələri iştirak ediblər.

Görüşdə Texniki Komitənin (AZSTAND/TK 21) 2023-2024-cü illər üçün fəaliyyət planı müzakirə olunub və təsdiq edilməsi ilə bağlı qərar qəbul edilib.

Tarix:

25 Avqust, 2023