07 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin inzibati binasında “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) növbəti iclası keçirilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadənin sədirliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, “Vostok-Servis Bakı” QSC-nin, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin, Facility Management Groupun, “Azərsun Holdinq” MMC-nin, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Dəmiryolçuları İşçiləri Həmkarlar İttifaqının və s. nümayəndələrinin iştirakı ilə sözügedən Texniki Komitənin 2022-ci il üzrə Fəaliyyət Planı müzakirə edildi. Həmçinin Fəaliyyət Planında nəzərdə tutulan 196 normativ sənədin yaxın vaxtda hazırlanaraq təqdim ediləcəyi bildirildi.