Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) növbəti iclası keçirilib.
İclasda AZSTAND-la yanaşı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Tabaterra” QSC-nin nümayəndələri iştirak ediblər.
İclas zamanı 2025-ci il üzrə Texniki Komitənin fəaliyyət planına uyğun olaraq standartların hazırlanması prosesinə dair məsələlərə baxılıb, eyni zamanda təsdiq edilmiş dövlət standartları barədə məlumat verilib. Bununla yanaşı, nəzərdə tutulan standart layihələri, həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tədbirlərin icrası müzakirə edilib.
Sonda sözügedən Texniki Komitənin cari il üzrə fəaliyyət planı əsasında hazırlanan 18 milli standart layihəsinin təsdiq edilməsi barədə qərar qəbul edilib.
