Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bazasında fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK-21) videokonfrans formatında növbəti iclası keçirilib.
İclasda Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND), Azərbaycan Respublikasının Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, “Azərsun Holdinq” MMC və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri iştirak edib.
Tədbirdə 2023-cü il ərzində Texniki Komitə tərəfindən görülən işlər, 2024-cü il üzrə Fəaliyyət Planında qeyd edilən dövlət standartlarının işlənib hazırlanması, həmçinin Texniki Komitənin üzvləri ilə bağlı məsələlər müzakirə edilib.