“Əmək sahəsində” standartlaşma üzrə Texniki Komitənin (AZSTAND/TK-21) iclası baş tutub.
İclas zamanı “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən işlənib hazırlanmış və təqdim olunmuş sosial məsuliyyətin təşviqilə və maraqlı tərəflərin cəlb etməklə sosial məsuliyyətin əsas prinsiplərini, həmçinin sosial məsuliyyətli iş üslubu ilə əlaqədar təlimatları ehtiva edən AZS ISO 26000 “Sosial məsuliyyət üzrə rəhbərlik” standart layihəsi müzakirə edilib. İclasın sonunda sözügedən standart layihəsinin təsdiq edilməsi üçün “Azərbaycan Standarlaşdırma İnstitutu” publik hüquqi şəxsə təqdim edilməsi qərara alınıb.