16 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərən müəssisə və təşkilatların idarəetmə sistemlərinə AZS ISO 14001:2021 "Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər" standatının tətbiqinə dair maarifləndirmə tədbiri keçirilib.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.15-ci fəaliyyət istiqamətinin (Əhalinin yaşayış standartlarının yaxşılaşdırılması üçün mənzil-tikinti işinin inkişaf etdirilməsi) 7-ci alt tapşırığının (“Tikinti materiallarının yerli istehsalı üzrə bacarıqların inkişaf etdirilməsi”) icrası ilə bağlı keçirilən tədbirdə respublikada fəaliyyət göstərən 14 müəssisə və təşkilatın nümayəndələri iştirak edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsinin nümayəndəsi tədbirdə çıxış edərək AZS ISO 14001:2021 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartının mahiyyəti və tətbiqinin əhəmiyyəti haqqında ətraflı məlumat verib.