“Eurochem General Assembly” və “Georgian Laboratory Association” (GeLab) tərəfindən 16-18 May tarixində “ISO/IEC 17025:2017 beynəlxalq standartının tələblərinə əsasən sahədən laboratoriyaya qədər ölçmələrin keyfiyyət təminatı problemləri” mövzusunda onlayn elmi seminar keçirilmişdir.
Seminarda dünyanın 110 ölkəsindən (İtaliya, İsveç, Tayland, Gürcüstan, Türkiyə, Moldova, İngiltərə və.s) mütəxəssislər iştirak etmişdir. Almaniya Metrologiya İnstitutunun (PTB) dəstəyi ilə ”Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasının əməkdaşı da bu seminarda iştirak etmişdir.
Seminar zamanı laboratoriya mühitindən kənarda mövcud olan amillərin təsirini nəzərə alaraq analitik ölçmələrin keyfiyyətinə və sınaq nəticələrinə ISO/IEC 17025:2017 beynəlxalq standartının tələblərinə əsaslanan qərarların etibarlılığı, eləcə də validasiya, müxtəlif sahələrdə (torpaq, qida, neft və.s) nümunənin götürülməsi zamanı standartdan kənaraçıxma halları yaranması, ISO/IEC 17025:2017 əlaqəli İSO 17043, İSO 15189 kimi standartlarla bağlı mövzuların müzakirəsi aparılmışdır.
Qeyd edək ki, Eurachem kimyəvi ölçmələrin beynəlxalq izlənilməsi və keyfiyyətli təcrübələrin təşviqi üçün sistem yaratmaq məqsədi daşıyan Avropadakı təşkilatlar şəbəkəsidir.