İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) tərəfindən AZS TS 1917:2022 “İşlənmiş fındıq ləpəsi” dövlət standartı qəbul edilib.
Standartın qəbulu ölkə ərazisində işlənmiş fındıq ləpəsinin sinifləndirilməsi və xüsusiyyətləri, eləcə də nümunə götürülməsi, yoxlanılması, sınaqdan keçirilməsi, istehlakçıya çatdırılması, nəzarət olunma qaydalarının tənzimlənməsi və həmin məhsulların keyfiyyəti haqqında dəqiq informasiya əldə etməsini təmin edəcək.
Qeyd edək ki, yeni dövlət standartı TS 1917-2022 türk standartı əsasında işlənilib və emal edilmiş fındıqları əhatə edir.