İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Özbəkistanın Daşkənd şəhərində təşkil etdiyi “Gender Fəaliyyət Planı (GAP)” adlı beynəlxalq seminarda iştirak ediblər.
7-9 iyun tarixlərində keçirilən seminarın əsas məqsədi ISO-ya üzv dövlətlərə milli Gender Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi yolu ilə müəssisə və təşkilatların fəaliyyətində gender bərabərliyi ilə bağlı konkret məqsədlərə nail olmaq üçün şərait yaratmaqdan, həmçinin Gender Fəaliyyət Planının monitorinqi və qiymətləndirilməsi üzrə biliklərin verilməsidən ibarətdir.
Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və Özbəkistanın Texniki Tənzimləmə Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Makedoniya, Montaneqro, Qırğızıstan, Tacikistan Respublikaları olmaqla, ümumilikdə 30-dan çox ölkənin milli standartlaşdırma qurumlarının nümayəndələri işrirak ediblər.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.