ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Gözəllik sahəsində fəaliyyət göstərən sahibkarlara ISO 10002:2018 beynəlxalq standartı üzrə təlim keçirilib.
21 Dekabr, 2023

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə “Gözəlliyə Xidmət sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində gözəllik sahəsində fəaliyyət göstərən sahibkarlar üçün təlim keçirilib. 

14-15 dekabr tarixlərində sahibkarlara ISO 10002:2018 “Keyfiyyəti idarəetmə. Müştəri məmnuniyyəti. Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbəredici sənəd” beynəlxalq standartı üzrə keçirilən təlimə Türk Standartlar İnstitutunun (TSE) təcrübəli mütəxəssisi dəvət olunub. 

Təlimin iştirakçılarına beynəlxalq standartın tələbləri, müştəri məmnunluğunun təmin edilməsi məqsədilə daxil olan şikayətlərin baxılması və idarə edilməsi, gözəllik salonlarının fəaliyyəti üzrə kadrların bilik və bacarıqlarının artırılması, təkmilləşdirilməsi, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, təşkilat, istehlakçılar və maraqlı təşkilatlar arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılması üzrə prosedurlar haqqında məlumat verilib.  

Təlimdə gözəllik sahəsində fəaliyyət göstərən sahibkarlar və AZSTAND-ın  nümayəndələri iştirak edib.

   

Tarix:

21 Dekabr, 2023