ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Gübrələr və əhəng materiallarına aid yeni dövlət standartı qəbul edilib
4 May, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən Avropa standartı əsasında AZS EN 1482-1:2023 “Gübrələr və əhəng materialları - Nümunələrin götürülməsi və nümunənin hazırlanması - 1-ci hissə: Nümunələrin götürülməsi”  dövlət standartı qəbul edilib.
Bu standart, məhsulun daşınması zamanı 1000 kq-a qədər olan paket və qablardan, maye məhsullardan və toplu gübrələrdən fiziki və kimyəvi analiz üçün nümunələr əldə etmək, gübrələrin və əhəng materiallarının nümunə götürmə planlarını və üsullarını müəyyənləşdirir.
Dövlət standartı üçüncü tərəflərə və ya hər biri yerli, milli və ya regional qanunvericiliyə tabe olan gübrə və ya əhəng materialının tərifi, təsnifatı və xassələri, nümunələrin götürülməsi, yoxlanılması, sınaqdan keçirilməsi və onların bazara çıxarılması qaydalarına şamil edilir. Qanunvericiliyin tələb etdiyi yerlərdə nümunələr bu Avropa standartına uyğun olaraq götürülür.
Yeni standart “Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr”in standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 23) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Tarix:

4 May, 2023