“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ Keyfiyyət Assosiasiyası ilə birlikdə 15-16 iyul 2022-ci il tarixlərində HACCP prinsiplərinin tətbiqi və AZS 400:2010 “Risklərin təhlili və kritik nəzarət nöqtələri əsasında yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi” mövzusu üzrə təlimlər təşkil edir.
Azərbaycanda qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida müəssisələri üçün HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin tətbiqi getdikcə zərurətə çevrilir. Qida təhlükəsizliyinin təmin edilməsinə yönələn bu sistem bütün mümkün təhlükə və risklərin qiymətləndirilməsi yolu ilə onların nəzarətə götürülməsini və yarana biləcək xəstəliklərin və ya zəhərlənmə hallarının risklərini aradan qaldırmağı hədəfləyir.
İki gün davam edəcək təlim qida standartları, qida təhlükəsizliyi sahəsində qanunvericilik, HACCP sistemi, ilkin şərtlər proqramları, HACCP prinsipləri, HACCP-ın tətbiqi üçün Kodeks-in 12 addımı, allergenlər və onlara nəzarət, bakteriyalar, ümumi gigiyena, təmizlik və dezenfeksiya, tullantıların idarə olunması, zərərvericilərlə qarşı mübarizə üsulları,qida çirklənməsinin təsnifatı, qida zəhərlənmələri, çarpaz bulaşma, kimyəvi maddələr, izlənəbilmə və geri çağırma/geri çəkmə, tədarükçülərə nəzarət, avadanlıqların təmizliyi, qabaqlayıcı texniki baxış və s. mövzuları əhatə edəcək.
Təlimin sonunda SERTİFİKAT təqdim olunacaq!
Ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə etmək olar:
office@azstand.gov.az, info@aqa.az, www.azstand.gov.az, www.aqa.az
(+99412 ) 514 96 03 (dax. 115), (+994 12) 480 28 47
(+99450) 312 15 49, (+994 55) 220 79 03 (aktiv whatsapp-lı)