ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

HACCP prinsiplərinin tətbiqi və AZS 400 üzrə təlimlərə start verilir
14 İyun, 2022

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ Keyfiyyət Assosiasiyası ilə birlikdə 23-25 Iyun 2022-ci il tarixlərində HACCP prinsiplərinin tətbiqi və AZS 400:2010 “Risklərin təhlili və kritik nəzarət nöqtələri əsasında yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi” mövzusu üzrə təlimlər təşkil edir.

Azərbaycanda qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida müəssisələri üçün HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin tətbiqi getdikcə zərurətə çevrilir. Qida təhlükəsizliyinin təmin edilməsinə yönələn bu sistem bütün mümkün təhlükə və risklərin qiymətləndirilməsi yolu ilə onların nəzarətə götürülməsini və yarana biləcək xəstəliklərin və ya zəhərlənmə hallarının risklərini aradan qaldırmağı hədəfləyir.

Üç gün davam edəcək təlim qida standartları, qida təhlükəsizliyi sahəsində qanunvericilik, HACCP sistemi, İlkin şərtlər proqramları, HACCP prinsipləri, HACCP-ın tətbiqi üçün Kodeks-in 12 addımı, allergenlər və onlara nəzarət, bakteriyalar, ümumi gigiyena, təmizlik və dezenfeksiya, tullantıların idarə olunması, zərərvericilərlə qarşı mübarizə üsulları,qida çirklənməsinin təsnifatı, qida zəhərlənmələri, çarpaz bulaşma, kimyəvi maddələr, izlənəbilmə və geri çağırma/geri çəkmə, tədarükçülərə nəzarət, avadanlıqların təmizliyi, qabaqlayıcı  texniki baxış və s. mövzuları əhatə edəcək.

Tarix:

14 İyun, 2022