ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Halal Əczaçılıq” üzrə OIC/SMIIC tərəfindən təlim keçirilib
23 Avqust, 2023

Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən təşkil olunan “Halal Əczaçılıq” üzrə təlim kursunda iştirak ediblər. 

İki gün davam edən OIC/SMIIC 50-1:2022 “Halal Əczaçılıq - 1-ci hissə - Ümumi tələblər” standartı üzrə təlimə ümumilikdə SMIIC-ə üzv olan ölkələrdən 50 iştirakçı qatılıb. Halal əczaçılıq sahəsində ilk dəfə keçirilən təlimdə SMIIC və onun fəaliyyəti, OIC/SMIIC 50-1:2022 standartı ilə tanışlıq, OIC/SMIIC 50-1:2022 standartının tələbləri və tətbiqi ilə bağlı qiymətləndirmə üsullarından danışılıb.

Təlimin keçirilməsində məqsəd İslami qaydalara əməl etməklə, halal əczaçılq məhsulları istehsal edən müəssisələrə, halal məhsullara cavabdeh qurumlara bu növ məhsulların bütün istehsal proseslərində halal statusunun qorunmasını təmin etməyə və istehlakçıların etibarını qazanmağa dəstək göstərmək olub.

 

Tarix:

23 Avqust, 2023