ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Halal kosmetika üzrə qadın ekspertlərə SMIIC tərəfindən təlim keçirilib
19 İyun, 2023

İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən qadın ekspertlər üçün Halal Kosmetika üzrə təlim kursu təşkil edilib. 
İki gün davam edən OIC/SMIIC 4:2018 “Halal Kosmetika – ümumi tələblər” standartı üzrə təlimdə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) nümayəndəsi də daxil olmaqla, üzv ölkələrdən ümumilikdə 170-ə yaxın qadın iştirak edib.
Təlimin keçirilməsində məqsəd standartların və texniki qaydaların BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci Məqsədinə (gender bərabərliyinə nail olmaq, bütün qadın və qızların potensialını gücləndirmək) nail olmaq, həmçinin həm texniki qaydaların, həm də standartların, hazırlanmasında gender aspektini nəzərə almaq, bu prosesdə istifadə edilə bilən gender göstəricilərini, meyarlarını inkişaf etdirmək  və  qadın mütəxəssislərin potensialının artırmaq idi.

Tarix:

19 İyun, 2023