ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Halal qida üçün ümumi tələblər” ve “Uyğunluğun qiymətləndirilməsi və halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün tələblər” standartları əsasında təlim keçirilib
19 Mart, 2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təklifi əsasında 05-07.03.2024-cü il  tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları üçün OIC/SMIIC 1:2019 “Halal qida üçün ümumi tələblər” ve OIC/SMIIC 2:2019 “Uyğunluğun qiymətləndirilməsi və halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün tələblər” standartları əsasında təlim təşkil edilib.

Təlim İslam Ölkələri Standartlar və Metrologiya İnstitutunun (SMIIC) təlimçiləri  Emel Gönç və Yasin Zulfikaroğlu tərəfindən SMIIC təşkilatının proqramı əsasında keçirilib.

Dörd gün davam edən təlimdə SMIIC-in fəaliyyəti, OIC SMIIC standartlarında Halal məsələləri barədə ümumi məlumat verilib, SMIIC standartlarının milli standart kimi tətbiq edilmə qaydaları izah olunub.

Yekunda, təlimdə iştirakçılarına sertifikatlar təqdim edilib.
 

Tarix:

19 Mart, 2024