“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin əməkdaşları 14 və 15 dekabr 2021-ci il tarixində Taylandın Mərkəzi İslam Şurası (CICOT), Taylandın Halal Standartlar İnstitutu (HSIT), Çulalonqkorn Universitetinin Halal Elm Mərkəzi (HSC-CU) və İslam Ölkələri üçün Standartlar və Metrologiya İnstitutunun Baş Katibliyi (SMIIC) tərəfindən təşkil olunan videokonfrans formatında keçirilmiş “Halal Standartlaşdırma və Sertifikatlaşdırma üzrə 7-ci Beynəlxalq Konvensiya (IHSACC)” mövzusuna dair konfransda iştirak etmişdirlər.
Tədbir zamanı dünyada istifadə oluna biləcək yüksək keyfiyyətli halal standartlarının hazırlanmasından, iştirakçıların ehtiyaclarını dəstəkləməsindən, onların maraqlı tərəflərinin səmərəli iştirakını təmin edilməsindən və keyfiyyət infrastrukturunun təkmilləşdirilməsindən geniş müzakirələr aparılmışdır.