ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İçməli su standartının hazırlanması üzrə nazirliklərarası ekspertlərdən ibarət işçi qrupun iclası keçirilmişdir
14 Mart, 2022

04 mart 2022-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiya”sının “Su və Sağlamlıq haqqında” Protokolunda qeyd edilən “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartının hazırlanması məqsədi ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-də (AZSTAND) nazirliklərarası ekspertlərdən ibarət işçi qrupun hybrid formada (online və offline) iclası keçirilmişdir.

İclasda Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda milli içməli su standartının hazırlanması prosesində əsas nəzərə alınması lazım olan məsələlər və İçməli Su Standartlarına Baxış üzrə Milli İşçi Qrup tərəfindən Azərbaycanın yenidən işlənmiş içməli su standartına daxil edilməsi təklif olunan göstəricilərin və onların dəyərlərinin siyahısı müzakirə olunmuşdur.

 

Tarix:

14 Mart, 2022