Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması və ölkədə qüvvədə olan idarəetmə sistemləri sahəsində normativ sənədlərin yenilənməsi məqsədi ilə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO/IEC 17021-1-2021 “Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemlərinin auditini və sertifikatlaşdırılmasını aparan orqanlara tələblər. Hissə 1: Tələblər”, AZS ISO/IEC 17021-3-2021 “Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemlərinin auditini və sertifikatlaşdırılmasını aparan orqanlara tələblər. Hissə 3: Keyfiyyəti idarəetmə sistemlərinin auditi və sertifikatlaşdırılması üçün səriştəliyə dair tələblər” dövlət standartlarının layihələri işlənib hazırlanmışdır. Dövlət standartlarının layihələri “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK08) müzakirəyə çıxarılmışdır.
Yeni dövlət standartları Azərbaycan Standartlaşdırma İnstitutunun 212323400017 və 212323400016 saylı 26 fevral 2021-ci il tarixli əmri ilə təsdiq edilmiş və qüvvəyə minmişdir.
AZS ISO/IEC 17021-1-2021 dövlət standartı idarəetmə sistemləri üzrə audit və sertifikatlaşdırma xidmətlərini göstərən orqanların səriştəsi və qərəzsizliyi ilə bağlı prinsiplər və tələbləri, AZS ISO/IEC 17021-3-2021 dövlət standartı isə keyfiyyəti idarəetmə sisteminin auditi və setifikatlaşdırılması prosesində iştirak edən personalın səriştəliyinə dair xüsusi tələbləri müəyyənləşdirir .