ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İDDO Psixi Sağlamlıq Proqramının nümayəndələri ilə görüş keçirilib
16 Avqust, 2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) ilə Azərbaycan Autizm Assosiasiyasının prezidenti, İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri, millət vəkili Jalə Əhmədova və digər nümayəndələr arasında görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd psixi sağlamlıq sahəsində yüksək keyfiyyətli xidmətlərin təmin olunması üçün mövcud standartların araşdırılması və yeni standartların qəbul edilməsidir.

Görüş zamanı ölkəmizdə fəaliyyət göstərən psixi sağlamlıq mərkəzlərində xidmətlərin keyfiyyətinin artırılması və beynəlxalq təcrübə əsasında bu sahəyə aid standartların işlənib hazırlanması ilə bağlı strateji addımlar müzakirə edilib. Eyni zamanda, psixi sağlamlıq sahəsindəki təcrübələrin paylaşılması, bu istiqamətdə ən yaxşı praktikalara dair nümunələr, psixi sağlamlıq xidmətlərində innovativ yanaşmaların tətbiqi və bu yanaşmaların standartlara inteqrasiya edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Həmçinin görüş əsnasında psixi sağlamlıq sahəsinin mütəxəssisləri üçün təlim proqramlarının inkişafı və standartlara uyğunluğun təmin edilməsi məsələlərinin vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, bu sahə üzrə yeni texniki komitənin yaradılması məsələləri və gələcək layihələr barədə müzakirələr aparılıb.

Tarix:

16 Avqust, 2024