ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İmişli və Tərtərdə karxana sahibləri ilə görüşlər keçirilib
21 Aprel, 2022

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Fövqəladə Hallar nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin və digər qurumların nümayəndələrindən ibarət işçi qrupu İmişli və Tərtər rayonlarında karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşüb. 

Görüşdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin nümayəndələri də iştirak edib.

Görüş zamanı karxana sahiblərinə və bu sektorda fəaliyyətə maraq göstərən şəxslərə karxana fəaliyyətinin hüquqi əsasları, faydalı qazıntı yataqlarının istismar qaydaları, sahibkarlar üçün alternativ yataqların müəyyən edilməsi barədə məlumatlar verilmişdir.

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin nümayəndələri tərəfindən, sahibkarlara “Standartlaşdırma haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarının tələbləri izah edilmiş və müvafiq tövsiyyələr verilmişdir.

Görüşdə sahibkarları maraqlandıran suallar işçi qrupun üzvləri tərəfindən  cavablandırılmışdır.

 

 

 

Tarix:

21 Aprel, 2022