ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İnformasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə yeni 5 dövlət standartı qəbul olunub
30 Dekabr, 2022

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ISO/IEC 27001:2022 “İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və məxfiliyin qorunması - İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri - Tələblər”, AZS ISO/IEC 27036-4:2022 “İnformasiya texnologiyası - Təhlükəsizlik texnikası - Təchizatçı əlaqələri üçün informasiya təhlükəsizliyi - Hissə 4: bulud xidmətlərinin təhlükəsizliyi üçün təlimatlar”, AZS ISO/IEC 27017:2022 “İnformasiya texnologiyaları - Təhlükəsizlik texnikaları - Bulud xidmətləri üçün ISO/IEC 27002-yə əsaslanan informasiya təhlükəsizliyinə nəzarət üçün təcrübə”, AZS ISO/IEC 19086-1:2022  “İnformasiya texnologiyası - Bulud hesablama Xidmət Səviyyəsi Müqaviləsi (SLA) strukturu” və AZS ISO/IEC 17788:2022  “İnformasiya texnologiyaları - Bulud texnologiyası - Ümumi baxış və terminologiya” dövlət standartları qəbul olunub.

Standartlar “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitə (TK-05) tərəfindən hazırlanıb və qanunvericiliyə əsasən təsdiq üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilib.

Bu standartlar ölkədə İKT sahəsində olan tələblərin müəyyənləşdirilməsini, informasiya təhlükəsizliyinin tələblərinin yüksəldilməsini, informasiya təhlükəsizliyinin idarəetmə sisteminin yaradılmasını, tətbiq edilməsini, qorunub saxlanılmasını və davamlı olaraq təkmilləşdirilməsini, informasiya təhlükəsizliyinin risklərinin qarşısının alınmasını təmin edəcəkdir.

 

Tarix:

30 Dekabr, 2022