ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırılması üzrə Texniki Komitənin onlayn formatda görüşü keçirilib.
25 İyun, 2024

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) əsasında yaradılan "İnformasiya-kommunikasiya texnologiyaları"  standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK05) onlayn formatda növbəti iclası keçirilib.

İclasda AZSTAND-ın nümayəndəsi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, “AzInTelecom” MMC, Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Texniki Universiteti (ATU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutu, “Ultra” şirkəti, “BestComp Group” MMC, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosasiyası” İctimai Birliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosasiyası, “B.EST Solutions” MMC nümayəndələri iştirak edib.

İclas zamanı Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq beynəlxalq standartlar, o cümlədən informasiya texnologiyaları sahəsində mövcud olan digər standart layihələri, həmçinin 2024-cü il üzrə Fəaliyyət Planına uyğun olaraq görülmüş işlər və qarşıda duran həlli vacib məsələlər müzakirə edilib.

 

Tarix:

25 İyun, 2024