ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
11 Sentyabr, 2023

“İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) üzrə Texniki Komitənin iclası keçirilib.
İclasda Azərbaycan Standartlaşdırma İnstitutu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Texniki Universiteti, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İB-nin, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, “AzInTelecom” MMC və “B.EST Solution” MMC-nin nümayəndələri iştirak ediblər.
İclasda 2023-cü il üzrə Fəaliyyət Planına uyğun görülmüş işlər, o cümlədən İKT sahəsində 7 yeni dövlət standartının layihəsi müzakirə edilib və aktual hesab edilən əlavə standartların hazırlanması qərara alınıb.
Həmçinin iclasda, AZSTAND/TK-05-in ISO/IEC JTC 1 “Information technology” standartlaşdırma üzrə beynəlxalq texniki komitəyə milli “güzgü komitə” (Мirror Technical Committee) kimi fəaliyyət göstərməsi haqqında müzakirələr edilib və konsensus əsasında statusun dəyişdirilməsinə səs verilib.
Bundan əlavə, görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nda Texniki Komitənin üzərinə düşən vəzifələrin müzakirəsi aparılıb və görüləcək tədbirlər müəyyənləşdirilib.
Texniki komitənin fəaliyyətində iştirakla bağlı müraciətləri nəzərə alınaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və B.EST Solution MMC-nin nümayəndələri Texniki Komitəyə üzv qəbul edilib.

Tarix:

11 Sentyabr, 2023