ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin ilk iclası keçirilib.
11 İyul, 2025

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən yaradılan  “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) ilk iclası keçirilib.

İclas zamanı komitə sədri  Səbuhi Qəhrəmanov tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq sözügedən Texniki Komitənin hüquqi status məsələlərinə baxılıb, həmçinin yaradılma məqsədi, fəaliyyət istiqamətləri və funksiyaları ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra AZSTAND/TK 52-nin tərkibinə konsensus əsasında respublikanın ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, nəşriyyat və kitabxanaların nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alim və mütəxəssislərinin də cəlb olunduğu qeyd edilib.

Bundan əlavə, AZSTAND/TK 52-nin tərkibində informasiya, sənədləşmə, nəşriyyat və kitabxana işi istiqamətlərində terminoloji vahidliyin və elmi-metodoloji dəqiqliyin təmin olunması məqsədilə terminologiya, eləcə də kitabxana statistikası və fəaliyyət göstəriciləri üzrə işçi qrupları yaradılıb.  

Sözügedən iclasda həmçinin Texniki Komitənin 2025-ci il üzrə Fəaliyyət Planına baxılıb və cari ildə nəzərdə tutulan işlərin siyahısı təsdiq olunub.

Qeyd edək ki, AZSTAND/TK 52-nin yaradılması ölkəmizdə informasiya resurslarının idarə olunması, sənədləşdirmə sistemlərinin təkmilləşdirilməsi, nəşriyyat fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, həmçinin kitabxana-informasiya xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması sahələrinə töhfə verəcək.

 

 

 

Tarix:

11 İyul, 2025