ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İnformasiya texnologiyaları - Süni intellekt - Süni intellektə dair anlayışlar və terminologiya üzrə yeni dövlət standartı qəbul edilib.
4 Dekabr, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO/IEC 22989:2023 “İnformasiya texnologiyaları — Süni intellekt — Süni intellektə dair anlayışlar və terminologiya” yeni dövlət standartı qəbul edilib.

Sosial-iqtisadi inkişafda süni intellektin tətbiqi vətəndaş məmnuniyyətinin təmin olunması üçün böyük rol oynayır. İnformasiya texnologiyaları sahəsində süni intellekt iş əmsalının artırılması, istehsalatda vaxta, enerji resurslarına və büdcə vəsaitlərinə qənaət edilməsi baxımından əvəzolunmaz texnologiyadır. Süni intellektə əsaslanan sistemlərin yaradılması, tətbiq edilməsi və davamlı təkmilləşdirilməsi rəqəmsal iqtisadiyyatın prioritet istiqamətlərindəndir.

Rəqəmsal texnologiyaların inkişafının əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq proseslər həyata keçirilir. Bununla əlaqədar olaraq dövlət standartında süni intellekt texnologiyasının daha yaxşı anlaşılması və istifadə edilməsi üçün standartlaşdırılmış anlayışlar və terminologiya təqdim edilir.

Bu standart “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
 

Tarix:

4 Dekabr, 2023