İnşaat sektorunda təhlükəsizliyin və keyfiyyətin yüksəldilməsi, bu sahədə kadr potensialının inkiaşf etdirilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi məqsədi ilə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumda tikinti materiallarının istehsalı ilə məşğul olan yerli müəssisələrdə bacarıqların artırılması üzrə təlimlərin təşkili, inşaat sahəsində istifadə olunan tikinti materiallarının və məmulatlarının təhlükəsizliyinin və keyfiyyətinin müvafiq standartların tələblərinə uyğunluğunun təmin edilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi, ATİA-nın bazasında standartlaşdırma üzrə texniki komitənin yaradılması üçün məsləhətləşmələrin aparılması, birgə fəaliyyətin təşkili və keyfiyyətin yüksəldilməsi istiqamətində birgə tədbirlərin görülməsi, seminar və təlim proqramlarının keçirilməsi və digər məsələlər əks olunub.