ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İş fəaliyyətinin davamlılığının təmin edilməsinə dair yeni standart qəbul edilib
11 İyul, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 22301:2019 “Security and resilience. Business continuity management systems Requirements” beynəlxalq standart əsasında AZS ISO 22301:2023  “Təhlükəsizlik və davamlılıq. Fəaliyyətin (biznesin) davamlılığının  idarəetmə sistemləri. Tələblər” dövlət standartı qəbul edilib.
İş fəaliyyətində davamlılığının təmin edilməsi uğurlu idarəetmənin əsasını təşkil edir. Hər bir müəssisə, təşkilat və biznes subyekti iş fəaliyyətinin pozulmasına səbəb olan hadisələrlə üzləşə bilər. Bu zaman potensial risklər, bu risklərin iş fəaliyyətə təsirlərini müəyyən edən, o cümlədən tərəflərin maraqlarını və nüfuzunu qorumaqla təşkilatın dayanıqlığının təmin edən vahid idarəetmə sisteminə zərurət yaranır.
Yeni standart dövlət qurumları, özəl müəssisə və təşkilatlar, səhiyyə müəssisələri, tikinti şirkətləri, xüsusilə bank, sığorta və telekommunikasiya kimi müəyyən sahələrdə iş fəaliyyətinin fasiləsizliyinin təmin edilməsində böyük əhəmiyyətə malikdir. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəedilməsi təşkilatda baş verə biləcək potensial risklər və fəaliyyət pozulmalarının qarşısının alınması, nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə imkan verəcək.
Standartın tətbiqi müəssisə və təşkilatlarda iş fəaliyyətinin (biznesin) davamlılığının təmin edilməsinə, informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsinə, elektron xidmətlərin sayının artırılmasına da şərait yaradacaq.
Yeni standart iş fəaliyyətinə (biznesə) təsir edə biləcək hallardan qorunmaq, onların baş vermə ehtimalını azaltmaq, bu cür hallara hazırlaşmaq, baş verdikdə əks tədbir görmək və bərpa olunmaq məqsədilə idarəetmə sisteminin həyata keçirilməsi, təmin edilməsi və təkmilləşdirilməsi üzrə tələbləri müəyyən edir.
Sözügedən standart  layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 08) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
 

Tarix:

11 İyul, 2023