ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” beynəlxalq standartı əsasında təlim keçirilib
16 İyun, 2022

07 iyun 2022-ci il tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” beynəlxalq standartı əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşlarına təlim təşkil edilmişdir.

Təlim Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və koporativ sosial məsuliyyət” üzrə işçi qrupunun 2022-ci il üçün Fəaliyyət planının 3.3.3. bəndi ilə (İSO 14001 ətraf mühit sertifikatı) verilən ölkədə fəaliyyət göstərən sahibkarlar, idarə, təşkilat və müəssisələrin İSO 14001 “Ətraf mühiti idarəetmə sisteminə olan tələblər” sertifikatının mahiyyəti barədə məlumatlandırılması, həmçinin  korporativ ekoloji, sosial məsuliyyət yaradılması, resursa qənaət və təmiz texnologiyalardan istifadə edilməsi ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsinə dair tapşırığın yerinə yetirilməsi məqsədilə həyata keçirilmişdir.

 

Tarix:

16 İyun, 2022