ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İSO 14001:2015 “Ətraf mühitin idarəetmə sistemləri – Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartı əsasında təlimin keçirilməsi barədə məlumat
30 Mart, 2022

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi - İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanı 11-15 aprel 2022-ci il tarixlərində İSO 14001:2015 beynəlxalq standartı üzrə təlimin keçirilməsini planlaşdırır.

Təlimin məqsədi:

ISO 14001:2015 standartı haqqında məlumatlandırmaq, ətraf mühit üzrə qanunvericilik, ətraf mühiti idarəetmə sisteminin işlənilməsi, tətbiqi, davamlı olaraq yaxşılaşdırılması üzrə nəzəri biliklərin və praktiki bacarıqların öyrədilməsi.

Mövzular:

  • Ümumi məlumat
  •  
  • Təşkilatın konteksti
  •  
  • Liderlik
  •  
  • Ətraf mühit üzrə siyasəti
  •  
  • Təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər
  •  
  • Planlaşdırma
  •  
  • Risk və imkanların müəyyən edilməsi üzrə fəaliyyətlər
  •  
  • Fəaliyyətin planlaşdırılması və idarə edilməsi
  •  
  • Performansın qiymətləndirilməsi
  •  
  • Monitorinq, ölçmə, təhlil və qiymətləndirmə
  •  
  • Uyğunsuzluq və düzəldici fəaliyyət
  •  
  • Davamlı yaxşılaşdırma

 

Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

 

Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri - Saday Əliyev, (+994 12) 514 96 03 (dax tel: 115)

E-mail:office@azstand.gov.az

s.aliyev@azstand.gov.az

mob:+994 50 312 15 49

 

Tarix:

30 Mart, 2022