ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

ISO 37001:2016 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Təlimatlarla birgə tələblər” beynəlxalq standartı əsasında seminar təşkil edilib.
30 İyun, 2022

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.11-ci (İSO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqinin nəzərdən keçirilməsi və bununla bağlı təkliflər verilməsi) bəndinin icrası məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və İSO 37001 standartının ölkəmizdə tətbiqi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Bununla əlaqədar 29 iyun 2022-ci il tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin təşkilatçılğı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində İspaniya Standartlaşdırma Assosiasiyasının (Asociación Española de Normalización (UNE)) eksperti tərəfindən “ISO 37001 Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” beynəlxalq standartı əsasında onlayn seminar keçirildi.

Seminarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Sahibkarlığın İnkişafı Fondunun, Azərbaycan Akkreditasiya Mərkəzinin, Azərbaycan Metrologiya İnstitutunun  və Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları iştirak etmişdir.

 

 

 

 

 

Tarix:

30 İyun, 2022