ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İSO 45001:2018 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” standartı əsasında təlimin keçirilməsi barədə məlumat
3 Mart, 2022

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris mərkəzi - İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanı 14-18 mart 2022-ci il tarixlərində İSO 45001:2018  beynəlxalq standartı üzrə təlimin keçirilməsini planlaşdırır.

Təlimin məqsədi:

ISO 45001 beynəlxalq standartının tələbləri haqqında məlumat vermək, standartın maddələri  üzrə  müəssisədə tətbiqini şərh etmək və eyni zamanda müəssisədə daxili auditin keçirilməsinin əhəmiyyəti barədə məlumat vermək.

Mövzular:

  • Giriş
  • ISO 45001:2018 standartı haqqında ümumi məlumat
  • Struktur və terminologiya
  • Təşkilatın Konteksti
  • Liderlik və işçilərin iştirakı
  • Planlaşdırma
  • Dəstək
  • Fəaliyyət
  • Performansın qiymətləndirilməsi
  • Yaxşılaşdırma

Təlimin sonunda veriləcək sənədlər:

Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikaltlaşdırlması şöbəsinin müdiri - Saday Əliyev, əlaqə telefonu: (+994 12) 514 96 03 (dax tel: 115), e-mail: s.aliyev@azstand.gov.az

 

Tarix:

3 Mart, 2022