Koronavirus (COVID-19) infeksiyasının bütün dünyada o, cümlədən ölkəmizdə yayılması respublikada fəaliyyət göstərən müəssisə və təşkilatların mütəxəssislərinə iş yerlərində sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində təlimlərin keçirilməsini tələb etmişdir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi -İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması orqanı “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununa əsasən standartlaşdırma üzrə milli orqan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarının və Strateji Yol Xəritələrinın müvafiq bəndlərini təmin edilməsi üçün Respublikada fəaliyyət göstərən müəssisə və təşkilatların mütəxəssislərinə iş yerlərində sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyi (PST)” standartı əsasında onlayn formatda təlimin keçirilməsini təşkil etmişdir.
Təlim 01-05 mart 2021-ci il tarixlərində Respublikanın aparıcı təşkilatları olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin və “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərinə keçirilmişdir.
Təlimdə iştirak edənlər əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunun və standartın tələblərinin yerinə yetirilməsini və eyni zamanda işçilərin peşə sağlamlığı və əməyin təhlükəsizliyi sahəsində səriştəliliyinin təmin edilməsini öyrənib. Təlimin sonunda təlimin nəticələrinin qiymətləndirilməsi üçün imtahan keçirilmişdir.